AZ

“YAŞAT” Fondunun 2 ci intellektual marafonu keçirilib

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

1-3 noyabr 2025-ci il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün 2-ci intellektual marafon baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümü çərçivəsində gerçəkləşən layihə 16-23 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edib.

Marafon bp-nin, “Azercell Telekom”un və Quba Palace Hotelin sponsorluğu ilə reallaşdırılıb.

Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olub.

Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə saatları keçirilib.

Həmçinin qaliblər və bütün marafon iştirakçıları müxtəlif qiymətli hədiyyə, mükafatlarla təltif olunublar.

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur.

Nigar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
6
cebheinfo.az

7Mənbələr