AZ

Fidan Türkiyənin Ukraynada vasitəçilik etməyə hazır olduğunu Finlandiyada açıqlayacaq

Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 4-5-də Finlandiyaya səfəri zamanı ölkəsinin Ukraynada münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün diplomatik səylərə vasitəçilik etməyə hazır olduğunu bəyan etmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə nazirliyindəki mənbə məlumat verib.

Fidan Helsinkiyə finlandiyalı həmkarı Elina Valtonenin dəvəti ilə səfər edəcək. “Nazir Türkiyənin Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə ədalətli və sabit həllinə nail olmaq üçün beynəlxalq səylərdə və diplomatik proseslərdə vasitəçilik missiyasını öz üzərinə götürməyə hazır olduğunu bəyan etmək niyyətindədir”, – mənbə bildirib.

Məryəm Quliyeva

Seçilən
9
4
xalqcebhesi.az

5Mənbələr