Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Futbolçuların transfer dəyərinin və statistik göstəricilərinin hesablanması ilə məşğul olan “Transfermarkt” portalı UEFA Çempionlar Liqasının tarixində baş tutan oyunlarda meydanda ən çox vaxt keçirmiş futbolçuların reytinqini açıqlayıb.
İdman.Biz-in məlumatına görə, ilk onluğa “Real” (Madrid) və “Barselona”nın doqquz keçmiş futbolçusu daxil olub.
Bu siyahıda yalnız bir futbolçu İspaniya klublarına aid deyil - o da karyerasını tamamilə “Milan”da keçirmiş italiyalı sabiq müdafiəçi Paolo Maldinidir. Onun hesabında 135 oyunda 11 450 dəqiqə var. Maldini siyahıda altıncı yerdə qərarlaşıb. Qeyd olunur ki, reytinqdə qapıçıların oyun vaxtı nəzərə alınmayıb.
2025-ci ilin noyabrına olan məlumata əsasən, Çempionlar Liqasının tarixində meydanda ən çox dəqiqə keçirən 10 futbolçu belədir:
Kriştianu Ronaldu - 183 oyun, 15 758 dəqiqə
Lionel Messi - 163 oyun, 13 577 dəqiqə
Serxio Ramos - 142 oyun, 12 449 dəqiqə
Raul Qonsales - 142 oyun, 11 989 dəqiqə
Toni Kroos - 151 oyun, 11 635 dəqiqə
Paolo Maldini - 135 oyun, 11 450 dəqiqə
Xavi - 151 oyun, 11 308 dəqiqə
Robert Levandovski - 135 oyun, 11 196 dəqiqə
Karim Benzema - 152 oyun, 10 943 dəqiqə
Jerar Pike - 128 oyun, 10 627 dəqiqə.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.