AZ

İraq benzin, dizel və ağ neft idxalını dayandırdı

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani benzin, dizel və ağ neft məhsullarının idxalının dayandırılması barədə göstəriş verib. 

"Cebheinfo.az" xəbər verir ki, Sudaninin Neft Nazirliyinə göndərdiyi göstərişi əhatə edən rəsmi sənəd İraqın rəsmi xəbər agentliyi INA-da yayımlanıb. 

Sənədə əsasən, Baş nazir Sudani, yerli istehsalda özünütəminetmə səviyyəsinə çatıldığı üçün benzin, dizel və ağ neft məhsullarının idxalının dayandırılmasını əmr edib. İraq Baş naziri həmin məhsulların artıq hissəsinin isə ixraca yönəldilməsini istəyib.

 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr