AZ

Cinpinin qeyri adi fotoları yayıldı Çin liderin gülümsəməsi diqqət çəkdi

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Çin dövlət başçısı Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın ötən həftə Cənubi Koreyanın Busan şəhərində baş tutan görüşünün əks-sədası davam edir.Bakupost.az xəbər verir ki, “CNN” bu gün yayımladığı materialda Ağ Evin görüşə dair paylaşdığı fotolara diqqət çəkib.Xəbərdə qeyd olunur ki, Si Cinpin 12 illik hakimiyyəti dövründə, dövlət senzurasının da təsiri ilə, ictimaiyyət qarşısında nadir hallarda gülümsəməsi ilə tanınır.“Ağ Ev Cinpinin əksər çinlilərin görməyə alışmadığı fotolarını yayımladı” başlıqlı məqalədə, 72 yaşlı siyasətçinin fərqli bir tərəfinin üzə çıxdığı vurğulanır.Fotolardan birində Trampın kostyumlu diplomatlarla dolu zalda Çin liderinə bir sənəd göstərdiyi, lakin sənəddə nə yazıldığının bəlli olmadığı bildirilir.Digər fotoda isə Si Cinpinin gözlərini qapalı şəkildə gülümsədiyi, onunla birgə Çin Xarici İşlər naziri Van Yi də daxil olmaqla bir neçə Çin rəsmisinin də təbəssüm etdiyi qeyd olunub.

Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
www.bakupost.az

1Mənbələr