AZ

Milyonlarla insana gündə üç saat pulsuz günəş enerjisi verilir

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İstifadəçilər günəş enerjisinin ən çox hasil olduğu günorta saatlarında sıfır xərcli enerjiyə çıxış əldə edəcəklər

Avstraliya enerji keçidində yeni bir mərhələyə qədəm qoyur. Enerji naziri Kris Bouen açıqlayıb ki, 2026-cı ildə qüvvəyə minməsi gözlənilən “Solar Sharer” proqramı vasitəsilə ölkə üzrə bütün ev təsərrüfatları gündə ən azı üç saat ərzində pulsuz günəş enerjisindən yararlana biləcək.

Sherg.az xəbər verir ki, proqram ilkin mərhələdə Yeni Cənubi Uels, Cənubi Avstraliya və cənub-şərqi Kvinslend ştatlarında tətbiq olunacaq. İstifadəçilər günəş enerjisinin ən çox hasil olduğu günorta saatlarında sıfır xərcli enerjiyə çıxış əldə edəcəklər.

Nazir Bouen bildirib:

“Elektrik istifadəsini sıfır xərcli enerji dövrünə uyğunlaşdıra bilən hər kəs - istər günəş panelinə malik olsun, istər olmasın - birbaşa fayda əldə edəcək. Bu sistemi qəbul edənlərin sayı artdıqca, ümumi enerji sistemində xərclər də azalacaq.”

Proqram elan edildikdən sonra ölkənin ən böyük iki enerji təchizatçısı - AGL Energy və Origin Energy şirkətlərinin səhmləri günün ikinci yarısında 3 faiz ucuzlaşıb.

Hazırda Avstraliyada təxminən 4 milyon evin damında günəş paneli quraşdırılıb. Günəşli günlərdə hasil olunan artıq enerji bəzən elektrik qiymətlərinin mənfi səviyyəyə enməsinə səbəb olur. Lakin tələbatın ən çox olduğu axşam saatlarında elektrik şəbəkəsində yüklənmə davam edir.

Turan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
sherg.az

2Mənbələr