AZ

NATO Ukraynaya 60 milyard dollar ayırmağı planlaşdırır

“NATO ölkələri gələn il Ukraynaya təxminən 60 milyard dollar ayırmağı planlaşdırır. Bundan əlavə, Alyans öz bilik və təcrübəsindən istifadə edərək Ukraynanın müdafiə sənayesi ilə əməkdaşlıq etməyi də planlaşdırır”.

Missiya.Az xəbər verir ki, bu barədə NATO-nun Ukraynadakı missiyasının rəhbəri Patrik Törner məlumat verib.

"Bu paketlər üzrə yardım ya artıq təmin olunub, ya da Ukraynaya hələ də təqdim edilmə prosesindədir. Biz növbəti paketlərin təşkili və maliyyələşdirilməsi üzərində fəal işləyirik. Bu, uzunmüddətli və genişmiqyaslı təşəbbüsdür, ona görə də dəstəyin ümumi həcmi əhəmiyyətli olacaq", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, bu, Alyansın müttəfiqləri tərəfindən Ukraynaya verilən ümumi hərbi yardımın əsas elementidir.

"Məsələn, 2024-cü ildə NATO ölkələri Ukraynaya 50 milyard dollardan çox hərbi yardım göstəriblər. Bu il üçün yekun rəqəmlər hələ müəyyən edilməyib. Ukrayna hökuməti öz tərəfdaşlarına, xüsusilə NATO-ya 2026-cı ildə ölkənin ümumi müdafiə büdcəsinin 120 milyard dollar olacağını, bunun yarısının Ukrayna, yarısının isə beynəlxalq tərəfdaşlar tərəfindən maliyyələşdiriləcəyini bildirib", - deyə siyasətçi əlavə edib.

Turner qeyd edib ki, NATO həm də Ukrayna sənayesi və innovasiyaları ilə işləmək istəyir. 

Daşqın HəsənovMissiya.Az

Seçilən
36
1
missiya.az

2Mənbələr