Bakı. Trend:
Böyük Britaniyanın ən zəngin vətəndaşı hesab olunan biznesmenQopiçand Hinduca 85 yaşında vəfat edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Onun ölüm səbəbi barədə hələ ki, rəsmi məlumat yoxdur.
Hinduca və böyük qardaşı Sriçand Londona 1980-ci illərdə köçüb.“GP” təxəllüsü ilə tanınan Hinduca, 1959-cu ildə ailə biznesinəqoşularaq, XX əsrin əvvəllərində Hindistan və İranda əsası qoyulmuşkiçik ticarət müəssisəsini böyük bir holdinqə çevirməkdə mühüm roloynayıb.
Ailənin nüfuzu ötən il sınağa çəkilmişdi - 14 milyard dollarayaxın aktivləri olan “Hinduja” Qrupunun Avropadakı rəhbəri ,qardaşı Prakaş da daxil olmaqla ailənin dörd üzvü, ev işçilərinəqarşı əmək istismarında ittiham olunaraq Cenevrə məhkəməsitərəfindən təqsirli biliniblər.