Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bu maddələrin hamısı xərçəng yaradır, ağciyər
funksiyalarını zəiflədir və şiş əmələ gəlmə riskini artırır
Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə sıx
nəqliyyat olan ərazilərdə balkonda paltar qurutmaq ciddi sağlamlıq təhlükəsi
yarada bilər. Ekoloqlar
bildirirlər ki, şəhər mərkəzlərində və nəqliyyatın çox olduğu küçələrə baxan
balkonlar, fərqinə varmadan, zərərli maddələri sanki filtr kimi toplayır. Bəs
paltarlar harada və necə qurudulmalıdır?
Sherg.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, islanmış
paltarlar balkonda asılı vəziyyətdə olarkən ətrafdakı hava çirkliliyini özünə
çəkir. Ağırlı
metal hissəcikləri, egzoz qazları, əyləc tozları və his parçaları paltarların
üzərinə asanlıqla yerləşir. Bu maddələrin hamısı kanserogen (xərçəng yaradan)
sayıldığından, uzunmüddətli təmas ağciyər funksiyalarını zəiflədir və şiş əmələ
gəlmə riskini artırır.
Mütəxəssislər
müəyyən ediblər ki, çirkli bölgələrdə qurudulan paltarlar insan sağlamlığına
iki yolla zərər verə bilər:
-Paltarın liflərinə yerləşən zərərli hissəciklər dəridən bədənə keçir.
- Hava vasitəsilə tənəffüs orqanlarına daxil olaraq ağciyərlərə zərər
verir.
Araşdırmalar
göstərir ki, insan günün təxminən 8 saatını yuxuda keçirir. Bu da o deməkdir
ki, çirkli havada qurudulmuş yataq dəsti və geyimlərlə uzunmüddətli təmas
bədənin zərərli maddələrə daha çox məruz qalmasına səbəb olur.
Ekoloqlar
bildirirlər ki, hava çirkliliyinin çox olduğu ərazilərdə yaşayan insanlar bu
təsirə daha açıqdırlar. Xüsusilə uşaqlar, yaşlılar və xroniki tənəffüs
xəstəliyi olan şəxslərdə ağciyər iltihabı, nəfəs darlığı və dəri qıcıqlanması
kimi problemlər daha tez-tez müşahidə olunur.
Mütəxəssislər
bildirirlər ki, balkonda paltar qurutmaq yalnız təmiz havalı ərazilərdə - məsələn, bağa baxan və ya az
nəqliyyat olan məhəllələrdə daha təhlükəsiz sayılır.
Şəhər
mərkəzində və egzoz qazlarının çox olduğu yerlərdə isə bu qaydalara əməl etmək
tövsiyə olunur:
Paltarları
mümkün qədər qapalı yerdə və ya havalandırılan qurutma maşınlarında qurudun.
Əgər mütləq
balkonda qurutmaq lazımdırsa, nəqliyyatın azaldığı saatlarda edin.


Paltarları
çöldən qorumaq üçün file və ya tül parça istifadə edin.
Mütəxəssislər
vurğulayırlar ki, zahirən sadə görünən bu vərdiş, balkonda paltar qurutmaq- əgər hava çirkliliyi yüksəkdirsə, uzun
müddətdə ciddi sağlamlıq fəsadlarına gətirib çıxarır. Buna görə də balkonda paltar asarkən
havanın təmizliyinə və qoruyucu tədbirlərə diqqət yetirmək vacibdir.
Turan
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.