AZ

İlk hissədə istədiyimiz kimi oynaya bilmədik Nodar Məmmədov

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

II Liqanın debütantı "Xankəndi" çempionatda növbəti qələbəsini qazanıb. Türkiyəli mütəxəssis İbrahim Uzuncanın baş məşqçisi olduğu komanda 7-cü turda "Şəmkir"i çətinliklə də olsa (2:1), yenməyi bacarıb. 

Qarabağ təmsilçisinin təcrübəli müdafiəçisi Nordar Məmmədov Fanat.Az-a açıqlamasında oyunla bağlı fikirlərini bölüşüb:

"Oyuna ciddi hazırlaşmışdıq. Bununla belə, ilk hissədə bizə çox çətin oldu. İstədiyimiz kimi oynaya bilmədik. Rəqib əl-qol açmağa imkan vermirdi. Ancaq fasilədən sonra təşəbbüsü ələ ala bildik. Ardıcıl qollar vurduqdan sonra nisbətən rahatlaşdıq. Təəssüf ki, son dəqiqələrdə penaltidən qol buraxdıq. Ancaq əsas olan üç xal və liderliyi ələ almaq idi ki, bunu bacardıq. 

Bütün rəqiblər "Xankəndi"nə qarşı fərqli oynayır, meydanda tam güclərini qoyurlkar. Bu, bizi rahatlaşmağa qoymur, məsuliyyətimizi daha da artırır. Marafon uzundur, hər matça final kimi yanaşmalıyıq. İddialılarla görüşlərə necə hazırlaşırıqsa, turnir cədvəlində aşağı pillələrdə olan rəqibləri də elə ciddiyə almalıyıq".

Qeyd edək ki, 7 turdan sonra liderliyə yiyələnən "Xankəndi" növbəti oyununu "Ağdaş"a qarşı keçirəcək. Qarşılaşma 10 noyabrda səfərdə baş tutacaq. 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
fanat.az

2Mənbələr