AZ

Qaranlığa qərq olan küçələr insanların həyatını qaraldır: hər an ölümlə üz-üzə… – VİDEO

Saray qəsəbəsində Heydər Əliyev küçəsində işıqlar yanmır.

NOCOMMENT.az xəbər verir ki, işıq dirəkləri olsa da, yollar qaranlığa bürünüb.

Qeyd edək ki, ötən gün , aparıcı Mətanət Əliverdiyeva da Saray qəsəbəsində yolların işıqlandırılmamasından şikayətlənmişdi:

“İki gün əvvəl Bakıdan Saray qəsəbəsi istiqamətinə gedəndə dedim ki, bir daha bu yoldan istifadə etməyəcəyəm. Hər an təhlükəlidir. O cür işıq dirəkləri qoyublar, amma işığı yanmır. Maraqlandım ki, bəlkə həmin ərazi Sumqayıt Elektrik Şəbəkəsinin tabeliyindədir. Dedilər ki, xeyr, həmin hissəyə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi baxır. Bu dirəklər kimin üçündür? Bir dənə də olsun işıq yanmır və hər həftə orada qəza olur, niyə axı? İşığın dirəyini qoymusunuzsa, işığı da verin də… Həmin gün orada çox bərbad bir vəziyyət yarandı. Hamı şikayət edir, siqnal verir. Şəhərimiz gözəlləşirsə, yollarda işıqlandırma da olsun ki, qəza vəziyyəti yaranmasın. Bir dəfə yağışın yağması ilə orada vəziyyət çox gərgin idi”.

Seçilən
8
1
nocomment.az

8Mənbələr