AZ

Paşinyan və Simonyan bir-birinə qarşı: Ermənistanda nə baş verir?

“Ermənistanın Baş naziri Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanın 2026-cı il parlament seçkilərinə namizədliklərini irəli sürmələri, ölkənin siyasi həyatında həm liderlik sabitliyi, həm də daxili güc balansı baxımından əhəmiyyətli hadisədir.

“Vətəndaş müqaviləsi” partiyası hələ də Paşinyanın şəxsiyyəti və siyasi xətti ətrafında formalaşmış olsa da, Simonyanın namizədliyi partiya daxilində alternativ liderlik mərkəzinin yaranmaqda olduğunu göstərə bilər. Simonyan son illərdə parlamentdə və mediada daha müstəqil mövqelərlə çıxış edib, bəzən Paşinyanın ritorikasından fərqli ton nümayiş etdirib. Bu fərqlər partiya daxilində strateji baxış fərqlərinin və gələcək siyasi yön axtarışlarının başlanğıcı kimi dəyərləndirilir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva səsləndirib:

Qarabağda

“Lakin bu vəziyyət klassik mənada parçalanma və ya fraksiya mübarizəsi demək deyil. Əgər seçki dövründə Simonyan özünü “yenilənmiş Vətəndaş müqaviləsi”nin siması kimi təqdim etsə, bu, partiyanın daxilində demokratik dinamizmi artıracaq”.

Politoloq qeyd edir ki, Simonyanın namizədliyi “Vətəndaş müqaviləsi” daxilində real rəqabət deyil, daha çox müasir siyasi brendin çoxsəsliliyini və çevikliyini nümayiş etdirmə cəhdi kimi şərh olunur.

“Ermənistanın siyasi sistemində bu cür daxili rəqabət təkamül mərhələsi kimi dəyərləndirilir və uzunmüddətli perspektivdə partiya daxilində yeni nəsil liderlərin formalaşmasına zəmin yaradır”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
43
1
konkret.az

2Mənbələr