AZ

Britaniyada sığınacaq müraciətlərində rekord artım qeydə alınıb

Böyük Britaniya ötən il Avropada sığınacaq müraciətlərinin sayında ən böyük artımı qeydə alıb.

AZƏRTAC “Daily Mail”ə istinadla xəbər verir ki, ölkədə 2024-cü ildə 108 mindən çox insan sığınacaq üçün müraciət edib. Bu, əvvəlki ilin 84 min göstəricisi ilə müqayisədə 28 faiz çoxdur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, bu rəqəm 1979-cu ildən aparılan statistika üzrə ən yüksək nəticədir və 2002-ci ildəki 103 min müraciətlik rekordu geridə qoyub.

Hesabatda qeyd edilir ki, artım tempi Almaniya və Fransadakı göstəriciləri də üstələyib. Həmin ölkələrdə sığınacaq müraciətlərinin sayı əksinə, azalıb.

Bu vəziyyət Böyük Britaniyada qeyri-qanuni miqrasiyaya qarşı tədbirlərin yetərli olub-olmaması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Baş nazir Kir Starmer hakimiyyətə gəldikdən sonra keçmiş mühafizəkar hökumətin Ruandaya deportasiya planını ləğv edib. Leyboristlərin Fransa ilə bağladığı razılaşmanın icrasında isə bir sıra problemlər yaşanır.

OECD-nin məlumatına əsasən, ötən il 44 min nəfər qeyri-qanuni yollarla, əsasən La-Manş boğazından kiçik qayıqlarla Britaniyaya daxil olmağa cəhd edib. Bu, əvvəlki ilin 37 min göstəricisindən çoxdur.
Seçilən
14
1
sherg.az

2Mənbələr