AZ

AK Gürcüstana yeni viza mexanizmi tətbiq edəcək

AK Gürcüstana yeni viza mexanizmi tətbiq edəcək

Avropa Komissiyası Gürcüstana təzyiq məqsədilə yeni viza mexanizmini tətbiq etməyə hazırlaşır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos məlumat verib.

O, Avropa Komissiyasının genişlənmə ilə bağlı illik hesabatını təqdim edərkən bildirib ki, məqsəd Gürcüstanı yenidən Avropa İttifaqına inteqrasiya yoluna qaytarmaqdır.

“Ümid edirəm ki, noyabr ayında biz yeni viza dayandırma mexanizmini tətbiq edə biləcəyik. Bu, Gürcüstana qarşı əlavə tədbirlər görməyə imkan yaradacaq”, – deyə Kos qeyd edib.

Avrokomissarın sözlərinə görə, Gürcüstan son illər Avropa İttifaqından uzaqlaşır və ölkənin birliyə üzvlük prosesi 2024-cü ildən faktiki olaraq dayandırılıb.

Seçilən
58
afn.az

1Mənbələr