AZ

Xaçmazda yeni TENDER – Yeni oyun meydançaları, idman qurğuları və minlərlə eldar şamı üçün 191 min manat

Xaçmaz Rayon İcra Hakimiyyəti ərazidə abadlıq və yaşıllaşdırma işlərinin genişləndirilməsi məqsədilə müxtəlif mal-materialların satın alınması ilə bağlı tender elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 191 min 186,5 manat təşkil edir.

Satınalma çərçivəsində rayonun park və istirahət zonalarının abadlaşdırılması, tullantıların idarə olunmasının yaxşılaşdırılması, eləcə də idman və uşaq meydançalarının yenilənməsi nəzərdə tutulur.

Layihəyə əsasən:

4 000 ədəd minimum 2 metr hündürlüyündə Eldar şamı (Pinus eldarica Medw) əkiləcək;

100 ədəd 0.5 kubmetrlik dəmir zibil konteyneri,

170 ədəd 1.1 kubmetrlik plastik (polietilen) konteyner,

20 ədəd park üçün dəmir zibil qutusu alınacaq.

Bundan əlavə, şəhərin müxtəlif ərazilərində idman qurğuları kompleksi və uşaq oyun meydançası da quraşdırılacaq.
İdman dəstinə bel və bədən xərək cihazları, velosiped, yelləncək və digər 12 müxtəlif alət daxildir.

Uşaqlar üçün nəzərdə tutulan oyun kompleksi isə iki sürüşkən, iki yelləncək, tərəzi balans və digər elementlərdən ibarət olacaq.

Seçilən
30
1
nocomment.az

2Mənbələr