AZ

“Nurlan Həsənli yeni sənədli filmi üzərində işləyir”

Rejissor və ssenarist Nurlan Həsənli “Həvəskar fotoqrafın ailəvi portreti” adlı sənədli filminin istehsal prosesinin son mərhələsində olduğunu açıqlayıb.

Doğru.az xəbər verir ki, rejissor qeyd edib ki, bir neçə günlük çəkiliş qalıb və tamamlandıqdan sonra noyabr-dekabr aylarından etibarən filmin post-prodakşn mərhələsinə başlanacaq. Bu mərhələnin Fransada həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır, çünki layihəyə Gürcüstandan və Fransadan ortaq prodüserlər qoşulub.

Nurlan Həsənli bildirib ki, film üzərində işə tək başlayıb, çünki layihə öz ailəsinin hekayəsinə əsaslanırdı. Daha sonra film müxtəlif proqramlara təqdim olunub və IDFA Beta Fondu, Əl-Cəzirə kanalı tərəfindən dəstək alıb. İkinci proqramdan sonra Gürcüstandan, daha sonra isə Fransadan ortaq prodüser layihəyə qoşulub.

Rejissor əlavə edib ki, hazırda filmə Azərbaycandan maliyyə dəstəyi olmasa da, gələcəkdə post-prodakşn mərhələsi üçün Kino Agentliyinin elan edəcəyi dəstək proqramına müraciət etməyi planlaşdırır.

“Mənim üçün vacib olan odur ki, film sonadək Azərbaycan filmi kimi qalsın”, — deyə ssenarist vurğulayıb.

DOĞRU.AZ

Seçilən
38
3
dogru.az

4Mənbələr