AZ

Türkiyəli nazir orqanlarını bağışlayıb

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bütün orqanlarını bağışlayacağını açıqlayıb.

"Ölkə.az" bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Nazir Ankaradakı Bilkənt Şəhər Xəstəxanasında Orqan Bağışı Həftəsi çərçivəsində keçirilən görüşdə iştirak edib. Tədbirdəki çıxışı zamanı Memişoğlu bütün orqanlarını bağışladığını açıqlayıb.

O, bu addımın yalnız xeyirxahlıq aktı deyil, həm də başqa bir insana həyat vermək üçün bir fürsət olduğunu vurğulayıb.

Nazirin açıqlaması sosial mediada qarışıq reaksiyalara səbəb olub. Bəzi istifadəçilər məmurun hərəkətini vətəndaş məsuliyyətinin nümunəsi hesab ediblər, digərləri isə belə bir qərarın İslam qanunlarına zidd olduğu fikrini bildiriblər.

Elvin

Ölkə.az

Seçilən
72
5
olke.az

8Mənbələr