AZ

Papuaşvili Brüsselə səsləndi: Davam edəcəyik

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Brüsselin Tbilisiyə qarşı hazırkı münasibətinə baxmayaraq, Gürcüstan Avropa Birliyinə doğru yolunu davam etdirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“Gürcüstanı şantaj etmək və təzyiq göstərmək nəticə verməyəcək. Biz təslim olmayacağıq. Gürcüstan AB üzvlüyünə hazırlaşmağa davam edəcək. Lakin Brüssel bürokratiyası tərəfindən mənasız hala salınan bir ittifaqa deyil, məqsədi Avropa dəyərlərinə qayıtmaq olan Avropa Birliyinə doğru addımlayacağıq”, – o bildirib.

Papuaşvili qeyd edib ki, Gürcüstandan mənfi şəkildə bəhs edən Avropa Komissiyasının genişlənmə hesabatı respublikanı öz siyasi diktəsinə tabe etməyə çalışır.

Bundan əvvəl Avropa Komissiyası illik genişlənmə hesabatını dərc edib. Hesabatda bildirilib ki, Gürcüstanın AB-yə qəbul prosesi faktiki olaraq “reqressiya” səbəbindən dayandırılıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
globalinfo.az

1Mənbələr