Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Kriştiano Ronaldo “Mançester Yunayted”in cari mövsümdə Premyer Liqa çempionu olacağına inanmır.
QOL.az xəbər verir ki, portuqaliyalı ulduz hazırkı komandanın çempionluq mübarizəsinə hazır olmadığını deyib:
“Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq. Çox xal itiriblər və geri qalırlar. Komandada yaxşı futbolçular var, amma onların çoxu “Mançester Yunayted”in nə demək olduğunu anlamır”.
Qeyd edək ki, Premyer Liqada 10 turdan sonra “Mançester Yunayted” 17 xalla turnir cədvəlinin 8-ci pilləsindədir. Sıralamanın lideri isə 25 xalla “Arsenal”dır.
Xatırldaq ki, Ronaldo “Mançester Yunayted”in heyətində 2003/2009 və 2021/2022 mövsümlərində çıxış edib. Bu müddətdə o, 3 dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasını və Klublararası dünya çempionatını qazanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.