AZ

Korgöz qəsəbəsində kanalizasiya sistemi işləmədiyi üçün sakinlər çətin vəziyyətdə qalıb – VİDEO

Qaradağ rayonunun Korgöz qəsəbəsində kanalizasiya sisteminin düzgün işləməməsi sakinlərin narazılığına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İctimai TV məlumat yayıb.

Yağış yağdıqda yollar su altında qalır, hərəkət çətinləşir.

Sakinlər bildirirlər ki, uzun müddətdir problemin həlli üçün müraciət etsələr də, nəticə yoxdur.

İctimai TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
78
nocomment.az

1Mənbələr