AZ

“Liverpul” “Enfild”də “Real”ı məğlub etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə ümumi mərhələnin 4-cü turu çərçivəsində keçirilən “Liverpul” – “Real Madrid” oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş “Enfild” stadionunda baş tutub və ingilis klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 61-ci dəqiqədə “Liverpul”un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allister vurub.

Ötən turda “Liverpul” “Ayntraxt” üzərində 5:1, “Real” isə “Yuventus” üzərində 1:0 hesablı qələbə qazanmışdı.

Bu nəticədən sonra hər iki komanda növbəti qarşılaşmasını 26 noyabrda keçirəcək. Arne Slotun komandası “PSV” ilə, Xabi Alonsonun yetirmələri isə “Olimpiakos”la qarşılaşacaq.

Seçilən
82
90deqiqe.az

1Mənbələr