AZ

Gürcüstandan Azərbaycana gətirilən kartofdaPARAZİTLƏR AŞKARLANIB

Gürcüstandan Azərbaycana idxal olunan 24,5 ton kartofda gövdə nematodu (bitkilərin gövdəsinə girib onları zədələyən mikroskopik parazit qurdcuq) aşkarlanıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

 

Qeyd olunub ki, "Foreign Fruit" MMC-nin Gürcüstandan idxal etdiyi, "Yunion Export 2024" müəssisəsinin istehsalı olan ümumi çəkisi 24,5 ton ərzaqlıq kartof məhsulu fitosanitar müayinə və ekspertiza aparılması məqsədilə laborator müayinəyə cəlb edilib.

 

Sınaq nəticəsində məhsul partiyasında karantin tətbiq edilən kartof gövdə nematodu aşkarlanıb.

 

Məhsul partiyası Azərbaycanın idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Seçilən
24
9
senzor.az

10Mənbələr