Rusiya Federasiyasında azərbaycanlı gənci qatar vuraraq öldürüb.
Oxu.Az xəbər verir ki, hadisə Rusiyanın Krasnadar şəhərində qeydə alınıb. Goranboy şəhər sakini, 2008-ci il təvəllüdlü Pünhan Bağırovu sözügedən şəhərin ərazisində qatar vuraraq öldürüb.
Gəncin meyiti sabah doğulduğu rayonuna gətirilərək, dəfn olunacaq.