AZ

ABŞ Sakit Okeandakı bu gəmini vurdu

"Prezident Donald Trampın göstərişi ilə ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində beynəlxalq sularda narkotik daşıyan bir gəmini vurublar".

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset "X"də yazıb.

O, paylaşımında zərbənin “öldürücü kinetik” xarakter daşıdığını və terrorçu təşkilat kimi tanınan bir quruma məxsus gəmini hədəfə aldığını qeyd edib.

Heqsetin sözlərinə görə, əməliyyat nəticəsində gəmidə iki nəfər “narkoterrorçu” həlak olub, ABŞ hərbçiləri arasında isə xəsarət alan olmayıb.

Seçilən
22
18
publika.az

10Mənbələr