AZ

Nyu-Yorkda mer seçkilərində demokrat namizəd qalib gəlir - Müsəlmandır

Demokrat Partiyasının namizədi Zöhran Mamdani Nyu-York şəhər meri seçkilərində qalib gəlir.

Musavat.com xəbər verir ki,  məlumatı DDHQ portalı yayıb.

Bildirilir ki, Nyu-Yorkda bülletenlərin 38 faizi sayıldıqdan sonra Mamdani səslərin 49,7 faizini toplayıb. Müstəqil namizəd Endryu Kuomo 41,6 faiz, Respublikaçı Kertis Sliva isə 8,1 faiz səs toplayıb.

CNN-in məlumatına görə, səslərin 52 faizi sayılıb, Mamdani 49,6 faiz, Kuomo 41,5 faiz və Sliva 8,1 faiz səs toplayıb.

Qeyd edək ki, seçkilərdən əvvəl ABŞ prezidenti Donald Tramp seçiciləri Kuomoya səs verməyə çağırıb və kommunist hesab etdiyi Mamdani qalib gələrsə, Nyu-York şəhəri üçün federal vəsaitləri məhdudlaşdırmaqla hədələyib. Namizəd özü özünü "demokratik sosialist" adlandırır.

Seçki kampaniyası zamanı Mamdani kirayə haqqı artımını donduracağına, avtobus gediş haqqını pulsuz edəcəyinə, şəhərdə ucuz baqqal mağazaları şəbəkəsi yaradacağına və 2030-cu ilə qədər minimum əmək haqqını hazırkı 16,50 dollardan saatda 30 dollara qaldıracağına söz verib. Sosial təşəbbüslərini maliyyələşdirmək üçün o, sərvət vergilərini artırmaq və vəsaitləri təhsil haqqı ödənilməyən dövlət universitet sistemlərinə yönləndirmək üçün Nyu-York şəhərindəki özəl universitetlərə əmlak vergisi tətbiq etmək niyyətindədir.

Musavat.com

Seçilən
39
1
musavat.com

10Mənbələr