AZ

“Çelsi”nin futbolçusu “Qarabağ” haqda

style='margin-bottom:10px;'>

“Hər oyun çətin olacaq, buna hazır olmalıyıq”.

QOL.az xəbər verir ki, bu sözləri “Çelsi”nin futbolçusu Trevo Çaloba (Trevoh Chalobah) bildirib.

O, “Qarabağ”la bu gün keçiriləcək UEFA Çempionlar Liqasının 4-cü turunun oyundan öncə klubun saytına açıqlamasında Ağdam təmsilçisi barədə danışarkən deyib:

“Əgər onlar Çempionlar Liqasına vəsiqə qazanıblarsa, bu, böyük nailiyyətdir. Deməli, onlar buraya layiq olmaü üçün çox çalışıblar.

Çempionlar Liqası ‘Çelsi’nin olmaq istədiyi yerdir və biz burada qalmaq istəyirik. Bunun üçün səviyyəmizi göstərməliyik”.

“Qarabağ” - “Çelsi” oyunu noyabrın 5-i yerli vaxtla saat 21:45-də başlanacaq.

Seçilən
52
teleqraf.com

1Mənbələr