AZ

İran üç Fransa vətəndaşını azad etdi

İranın Evin həbsxanasında həbsdə olan üç Fransa vətəndaşı azad edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun bildirib.

Üç ildir İranda saxlanılan Sesil Koler və Jak Paris azadlığa buraxıldıqdan sonra Tehrandakı Fransa səfirliyinə gediblər.

"Bu ilk addımı alqışlayıram. Onların Fransaya tez bir zamanda qayıtması üçün dialoq davam edir. Buna nail olmaq üçün yorulmadan çalışırıq, səfirliyimizə və bütün dövlət qurumlarına təşəkkür etmək istəyirəm", - deyə Fransa Prezidenti əlavə etdi.

Seçilən
95
1
modern.az

2Mənbələr