AZ

Maşınla qadını vurub hadisə yerindən qaçan sürücü məhkəmə zalından həbs edildi

Bakı Apellyasiya Məhkəməsində qəza törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Sadiq Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 02 iyul 2024-cü il tarixdə, saat 20:40 radələrində paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.


Belə ki, “VAZ-2106” markalı avtomobili etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə edən sürücü Sadiq Abdullayev Zirə qəsəbəsində hərəkətdə olarkən piyada keçidi olmayan yolu keçən Çimnaz Məmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.


Daha sonra sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 2 ay 10 müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalından həbsə alınıb.
 

Kamal Məmmədov 

Tarix: 5 Noyabr 2025, 10:07   
Seçilən
20
4
pravda.az

5Mənbələr