AZ

Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu - DÇ-2027

Qadın futbolçulardan ibarət millimizin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C liqasında mübarizə aparacaq.

Püşk zamanı ikinci səbətdə yer alan yığma 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.

Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.

Seçilən
20
3
football-plus.az

10Mənbələr