Ukrayna PUA-ları Rusiyanın Orl və Vladimir şəhərlərində hədəflərə zərbələr endirib.
Musavat.com xəbər verir ki, Vladimirdə 750 kV-luq “Vladimirskaya” yarımstansiyası vurularaq sıradan çıxıb.
Orlda isə TEC-də təkrar yanğın qeydə alınıb.
Ukrayna mənbələri yazır ki, hücumların məqsədi Moskvanın Volqa HES-lərindən gələn enerji ehtiyatlarını məhdudlaşdırmaqdır.
Rəsmi Moskva hələlik hadisə ilə bağlı geniş açıqlama verməyib.
Musavat.com