AZ

Mirzoyan: Münaqişədən üçüncü ölkələr istifadə etdi

BAKI, 5 noyabr. TELEQRAF

Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi tərəflərə öz suverenliyini əhəmiyyətli dərəcədə artırmaq imkanı verəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Ararat Mirzoyanın sözlərinə görə, hər hansı münaqişə üçüncü ölkələrə həmin regionda öz maraqlarını həyata keçirmək və münaqişə tərəflərinə təsir imkanlarını artırmaq üçün şərait yaradır:

"Heç bir dövlət tam müstəqil deyil, çünki ölkələr ticarət və digər əlaqələr vasitəsilə bir-biri ilə bağlıdır və bu, inkişafın əsas şərtlərindən biridir".

Nazir vurğulayıb ki, strateji baxımdan sülh əldə olunduqdan sonra Ermənistan öz suverenliyini daha da möhkəmləndirə biləcək.

Onun fikrincə, qarşılıqlı iqtisadi və siyasi əlaqələr suverenliyin azalması kimi deyil, əksinə, onun güclənməsi kimi qiymətləndirilməlidir.

Seçilən
53
teleqraf.com

1Mənbələr