AZ

Slot: "Real"la matç cari mövsümdəki ən yaxşı oyunumuz idi"

style='margin-bottom:10px;'>

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Real"a qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 1:0 hesablı qələbəni belə şərh edib:

"Çox yaxşı komandaya növbəti dəfə qalib gəldik. "Aston Villa" kimi, "Real" da əla formadadır. Əminliklə deyə bilərik ki, bu, cari mövsümdəki ən yaxşı oyunumuz idi. Futbolçularımız rəqibi meydanın bizə aid olan hissəsindən kənarda saxlamaq üçün inanılmaz dərəcədə çalışdılar".

Qeyd edək ki, sözügedən görüşdə "mersisaydlılar"ın qələbə qolunu 61-ci dəqiqədə Aleksis Makallister vurub. Hazırda "Liverpul" 4 oyundan topladığı 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

Seçilən
44
1
teleqraf.com

2Mənbələr