AZ

Aeroport yolunda ağır QƏZA: Üç avtomobil toqquşub, biri aşıb

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün səhər saatlarında Aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, magistral yolda üç avtomobilin iştirak etdiyi zəncirvari qəza qeydə alınıb.

Toqquşma nəticəsində nəqliyyat vasitələrindən biri aşıb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması barədə hələlik dəqiq məlumat yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
baku.ws

1Mənbələr