AZ

Xətai rayonunda aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım aksiyası keçirilib

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Bu gün, Xətai rayonu, 35 saylı seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə, Milli Məclis və Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib. Newscenter.az xəbər verir ki, bu xüsusda deputat Pərvanə Vəliyevanın növbəti vətəndaş qəbuluna 4 vəkil cəlb olunub.Görüşlərdə həmçinin, Milli Məclisin İqtisadi Qanunvericilik şöbəsinin əməkdaşı və Xətai Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbələrinin nümayəndələri iştirak edib.Qəbulda, ümumilikdə, 48 vətəndaş hüquqi yardımla təmin edilib, onların ərizələrinə baxılıb.Deputat və vəkillər tərəfindən qaldırılan məsələlərə dair vətəndaşlara geniş izahatlar verilib.Vəkillər müraciətlərin mahiyyətinə uyğun olaraq, aidiyyatı sahələrdə məhkəmə çəkişmələri, eləcə də, məhkəmə qərarlarının icrası ilə əlaqədar məsləhətlər verib, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq həlli üçün zəruri tədbirlər müəyyənləşdirilib, deputat səlahiyyətləri daxilində olan məsələlər üzrə isə aidiyyəti qurumlarla əlaqələndirmək üçün ərizələr qəbul edilib.194 nömrəli məktəbdə baş tutan səyyar qəbul vətəndaşlar tərəfindən razılıqla qarşılanıb, onlar Milli Məclis və Vəkillər Kollegiyasına təşəkkürlərini bildiriblər.Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Həmin Sərəncamdan irəli gələrək Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq da pulsuz hüquqi yardım aksiyaları həyata keçirilir.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
5
newscenter.az

6Mənbələr