AZ

Yeniyetmə cüdoçular arasında Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

Noyabrın 8-9-da U-14 və U-17 yeniyetmə cüdoçular arasında Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarış Goranboy Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Turnirlərdə Gəncə, Goranboy, Naftalan, Qazax və Tovuz cüdoçuları mübarizə aparacaq. Yarışların keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

U-17 üzrə birincilik həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
6
sia.az

7Mənbələr