AZ

Jurnalist Əfqan Sadıqov CƏRİMƏLƏNDİ

Gürcüstanın paytaxtı Tbilisidə yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqov 275 000 lari məbləğində cərimə edilib. 

Sabahinfo.az lent.az-a istinadla bildirir ki, bu barədə məlumatı “Sosial Ədalət Mərkəzi” yayıb. Məlumata görə, Tbilisi Şəhər Məhkəməsi 2025-ci il oktyabrın 23-də Əfqan Sadıqovu inzibati qaydada təqsirli bilib və ona 14 günlük inzibati həbs cəzası təyin edib. Jurnalist 5 noyabr saat 19:20-də Marneulidəki müvəqqəti saxlama təcridxanasından azad olunacaq.

Sosial Ədalət Mərkəzinin açıqlamasına əsasən, məhkəmə qərarından sonra bəlli olub ki, Əfqan Sadıqov yolun bağlanmasına görə əlavə olaraq 55 dəfə, hər dəfə 5 000 lari cərimələnib. Bu cərimələr 2025-ci il 29 iyul–17 oktyabr tarixləri arasında Daxili İşlər Nazirliyi tərəfindən tətbiq olunub, lakin bu barədə Sadıqova həmin müddətdə heç bir məlumat verilməyib.

Əfqan Sadıqov bundan əvvəl, 9 aylıq həbsdən sonra 2025-ci il aprelin 17-də girov müqabilində azadlığa buraxılıb. Prokurorluq və məhkəmənin qərarına əsasən, ona ölkəni tərk etməyə icazə verilməyib.

Seçilən
1
3
sabahinfo.az

4Mənbələr