"Real"ın futbolçusu Cud Bellinqem Çempionlar Liqasında yeni uğura imza atıb.
QOL.az xəbər verir ki, o, bunu ötən gecə Liqa mərhələsinin 4-cü turunda "Liverpul"la matçda iştirak etməklə bacarıb.
Nəticədə Bellinqemin ÇL-də çıxdığı görüşlərin sayı 50-yə yüksəlib. Bununla da 22 yaş 128 günlüyündə olan yarımmüdafiəçi turnirdə 50 oyun həddinə çatan ən gənc futbolçu adını qazanıb.
Qeyd edək ki, ingiltərəli oyunçu 2023-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir.