Xalqın rifahının yaxşılaşdırılması dövlət başçısının siyasətinin təməlini təşkil edir.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsində maliyyə nazirinin müavini Himalay Məmişov deyib.
Nazir müavini bildirib ki, növbəti il müavinət və təqaüdlərin ödənilməsinə 2,1 milyard manat ayrılması nəzərdə tutulub: “Son 5 ildə sosial müdafiə və təminat xərcləri 40,7% artıb”.
Mürtəza
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta