
Rusiya taxılı yüklənmiş 15 vaqon yaxın saatlarda Azərbaycandan Gürcüstana çatdırılacaq və daha sonra Ermənistana göndəriləcək.
Ermənistan KİV-lərinin məlumatına görə, bu barədə "Cənubi Qafqaz Dəmir Yolu"nun baş direktoru Aleksey Melnikov mətbuat konfransında bildirib.
"Taxıl artıq yoldadır və yaxın vaxtda Ermənistan ərazisinə çatacaq", - o qeyd edib.
A.Melnikovun sözlərinə görə, dəmir yolu üçün çox vacib, demək olar ki, yeni bir tarix yazılır: "Qazaxıstan taxılı bu gün Rusiya ərazisindən Azərbaycan ərazisinə daxil olacaq və artıq yaxın günlərdə Ermənistana çatacaq. Dəmiryolçular olaraq, bu, o cümlədən bundan sonra Ermənistana Qazaxıstandan, digər ölkələrdən, Rusiyadan yüklərin çatdırılması imkanının olması faktı bizim üçün çox vacib hadisədir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta