AZ

"Xoşbəxtlik sadə şeylərdə gizlidir" - AYDINLIQ GƏTİRİLDİ

"Xoşbəxtlik nisbi anlayışdır. Hər bir insanın xarakteri müxtəlif olduğuna və həyat tərzi fərqli olduğuna görə, onların xoşbəxtlik anlayışı da bir-birindən fərqlənir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, buna görə də xoşbəxtliyi müəyyən bir düsturla və ya standartla ölçmək doğru deyil: "İnsanlar öz daxili aləmlərinə, həyata yanaşmalarına və yaşantılarına görə fərqli xoşbəxtlik mənbələri seçirlər. Xoşbəxtlik, əslində, məqsədə çatmaq deyil, o məqsədə gedilən yolun özüdür. Yoldakı həyəcan, axtarış, çətinlik və nəticədə əldə edilən kiçik qələbələr insanın içində xoşbəxtlik duyğusu yaradır. Lakin hər kəs bu prosesi fərqli şəkildə qəbul edir və bununla özünəməxsus şəkildə barışır. İnsan keçmişinə, bu gününə və gələcəyinə baxdığı zaman bunlar arasında içində rahatlıq və ahəng tapırsa, deməli o, öz xoşbəxtliyini dərk etmiş sayılır.

Xoşbəxtlik çox zaman ani bir hissdir. Bəzən gözlənilmədən gəlir və çox sadə bir səbəbdən doğur. Hər kəs özünü müxtəlif şeylərlə xoşbəxt edə bilər. Məsələn, dadlı bir yeməkdən zövq almaq, sevdiyin insanlarla birlikdə vaxt keçirmək, xoş mənzərəli bir yerdə gəzmək və ya sadəcə səmimi bir söhbət etmək belə insanın ruhuna rahatlıq gətirə bilər. Bu səbəbdən xoşbəxtliyin müəyyən olunmuş bir sənayesi, qaydası və ya ölçüsü yoxdur. Əsas olan odur ki, insan özünü harada rahat hiss edirsə, nə ilə xoşbəxt olursa və öz varlığını harada dəyərləndirə bilirsə, elə orada onun xoşbəxtliyi gizlənib. Xoşbəxtlik insanın özünüdərkindən başladığı üçün hər kəs onu öz ürəyində və həyatında tapmalıdır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
32
1
sia.az

2Mənbələr