AZ

Azərbaycan derbisinə doğru: Avtoqollar

style='margin-bottom:10px;'>

Peşəkar Futbol Liqası "Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ – "Neftçi" qarşılaşması öncəsi bu komandalar arasındakı matçlarda indiyədək vurulan avtoqolların statistikasını təqdim edib.

QOL.az xəbər verir ki, ilk avtoqolu Səttar Əliyev (“Qarabağ”) vurub – 14.11.1999. “Neftçi” – “Qarabağ” – 2:0

“Neftçi”nin ilk avtoqoluna isə Jairo Rodriges imza atıb – 21.08.2016. “Qarabağ” – “Neftçi” – 3:0

İki avtoqol (ardıcıl iki oyunda) yeganə futbolçu Jairo Rodrigesdir (“Neftçi”) – 21.08.2016. “Qarabağ” – “Neftçi” – 3:0, 25.10.2016. “Neftçi” – “Qarabağ” – 0:2

Ümumilikdə bu komandalar arasındakı görüşlərdə 13 avtoqol vurulub. Onlardan 8-i "Neftçi"yə, 5-i isə “Qarabağ"a aiddir. 

İki avtoqol olan yeni oyun – 21.05.2022. “Qarabağ” – “Neftçi” – 4:1, İvan Brkiç və Fərid Yusifli (hər ikisi “Neftçi”)

Eyni oyunda həm öz, həm rəqib qapısına qol vuran oyunçu Mateus Saldanya olub – 02.05.2023. “Neftçi” – “Qarabağ” – 2:4

Derbilərdəki ilk 3 avtoqola “Qarabağ”, son 5 avtoqola “Neftçi” imza atıb.

4 dəfə meydan sahibləri, 9 dəfə qonaq komanda avtoqol ediblər. “Qarabağ” evdə 1, səfərdə 4, “Neftçi” evdə 3, səfərdə 5 avtoqola üzülüb.

2016/17 mövsümündə daha çox – 3 avtoqol qazan alınıb. “Neftçi” üç fərqli matçda öz qapısına qol vurub.

Seçilən
18
11
teleqraf.com

10Mənbələr