İsrail ordusunun mexanikləşdirilmiş patrulu təmizləmə əməliyyatı aparmaq üçün Suriyanın Quneytra əyalətinə daxil olub.
Ucnoqta.az bildirir ki, bu barədə Syria TV xəbər verir.
Kanalın məlumatına görə, Cəbətə əl-Xaşib kəndində İsrail qoşunları yaxınlıqdakı karxanalara aparan yolu bağlayıb.
Yoxlama zamanı yerli karxanada işləyən bir qrup suriyalı saxlanılıb. Onların sayı dəqiqləşdirilməyib.