AZ

Vaxtında verilən donorluq qərarı bir gəncin həyatını xilas etdi - Səhiyyə Nazirliyi

Bakı. Trend:

Bu günlərdə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyitdonorun ürək transplantasiyası yüksək peşəkarlıqla icra olunub. Bu,Azərbaycan səhiyyə sisteminin tarixi uğurudur.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğuvə Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətininsədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, əməliyyata rəhbərlik edən həkimlər düzgünkoordinasiyası sayəsində, eyni zamanda dəqiq diaqnostika və yüksəktexnoloji imkanlarla prosesi təhlükəsiz şəkildə idarə etdilər:

“Xüsusilə nazirliyin Koordinasiya Mərkəzi, donor və qəbul edənxəstəxanalar, logistika və reanimasiya komandaları arasında vaxtındüzgün idarə edilməsi və informasiya axınının qüsursuzluğuəməliyyatın taleyini müəyyən edib. Bu inteqrasiya olunmuşkoordinasiya sayəsində 19 yaşlı bir gəncin həyatı xilasolunub”.

Yeganə Abbasova donor ailəsinin göstərdiyi insanpərvərlik vəyüksək humanizm addımını xüsusən vurğulayaraq qeyd edib ki, bunəcib təşəbbüs minlərlə insan üçün ümid mənbəyidir:

“Həkimlər və tibb personalı donor ailəsinə dərin minnətdarlığınıbildirir, bu fədakarlığın dəyərini xüsusi vurğulayırlar.Cəmiyyətimizi orqan donorluğu barədə daha çox məlumatlanmağa vəməsuliyyətli qərarlar verməyə çağırırıq. Unutmayaq ki, donorluqhaqqında vaxtında verilən qərar sabah kimin üçünsə həyatdeməkdir”.

Seçilən
31
1
az.trend.az

2Mənbələr