Gəncədə yolu keçmək istəyən yaşlı piyadanı maşın vurub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1957-ci il təvəllüdlü Səriyə Əliyevanı avtomobil vurub. Qadın xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.