AZ

Orta məktəbdə maarifləndirici təlim keçirilib FOTOLAR

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə “Uşaqlar üçün yol hərəkəti təhlükəsizliyi” layihəsi çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi, 11 nomrəli tam orta məktəbdə maarifləndirici təlim keçirilib.Bu barədə İctimai Birlikdən məlumat verilib.Məlumata görə, tədbiri məktəbin direktor müavini Mənsurə Mustafayevaaçaraq uşaqların yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Daha sonra ictimai birliyin nümayəndəsi Şükür Əndəlifov layihə haqqında geniş məlumat verərək, onun uşaqlar arasında təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına xidmət etdiyini qeyd edib. Azərbaycan Texniki Universitetinin müəllimi, təlimçi Sahib Əsgərov interaktiv təqdimatla çıxış edərək uşaqlara yol nişanları, piyada keçidləri, işıqfor qaydaları və təhlükəsiz hərəkət prinsipləri barədə praktik bilgilər çatdırıb. O, yol hərəkəti mədəniyyətinin formalaşdırılmasının həm uşaqların, həm də cəmiyyətin təhlükəsizliyi üçün vacib olduğunu diqqətə çatdırıb”.

Tədbirin sonunda iştirakçılara “Yol hərəkəti təhlükəsizliyi” mövzusunda hazırlanmış boyama kitabçaları və rəngli karandaş dəstləri hədiyyə edilib.

Layihənin əsas məqsədi uşaqlar arasında yol hərəkəti qaydalarına dair bilik və bacarıqları artırmaq, təhlükəsiz davranış vərdişlərini möhkəmləndirmək və ictimai maarifləndirməni gücləndirməkdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
7
sesqazeti.az

10Mənbələr