AZ

Ən çox və ən az kitab oxunan ölkələr... - Siyahı

Ən

Dünyada ən çox və ən az kitab oxunan ölkələrin adları bəlli olub.

Reyting.az
xəbər verir ki, *World Population Review* portalı bu mövzuda statistika tərtib edib.

Mütəxəssislər bildiriblər ki, aparılan son araşdırmalara görə, oxucu olmaq baxımından dünyanı iki hissəyə bölmək olar: kitabı həyatının bir parçasına çevirənlər və kitabı sadəcə rəfdə tozlandıranlar.

Kitab oxunmasına görə ABŞ lider mövqedədir. Hər bir amerikalı ildə orta hesabla 357 saat oxuyur və öz payına düşən 17 kitabı tamamlayır.

Kitab oxumağı sevən Hindistanda göstərici belədir: 352 saat ərzində adambaşına 16 kitab.

Bu siyahıda üçüncü yerdə Böyük Britaniya Krallığıdır. Bu ölkə, demək olar ki, Hindistandan cüzi fərqlənir.

İlk beşliyə, həmçinin Fransa (305 saat) və İtaliya (278 saat) daxildir.

Rusiya bu siyahıda altıncı pillədədir. Müharibə aparan ölkənin vətəndaşları ildə orta hesabla təxminən 11 kitab oxuyurlar. Statistikaya görə, hər bir rusiyalı kitab oxumağa 223 saat sərf edir.

Ən az kitab oxunan ölkələr sırasında Əfqanıstan, Bruney, Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri yer alıb.



Oqtay QORÇU
Seçilən
75
1
reyting.az

2Mənbələr