AZ

Velko Paunoviç - Serbiya millisinin yeni baş məşqçisi!

Bu ay İspaniyanın “Real Ovyedo” klubundan ayrılmış Velko Paunoviç futbol üzrə Serbiya milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Serbiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

48 yaşlı serbiyalı mütəxəssis bu vəzifədə 17 oktyabrda istefa vermiş həmyerlisi Draqan Stoykoviçi əvəzləyib. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Paunoviçin qarşısına Serbiya yığmasını DÇ-2026-ya aparmaq hədəfi qoyulub. Serblərin hələ də mundiala vəsiqə qazanmaq şansı qalır. Paunoviçli yığmanın nə dərəcədə bacaracağını isə qarşıdakı oyunlar göstərəcək.

Xatırladaq ki, Velko Paunoviç bu ilin mart ayından “Real Ovyedo”ya rəhbərlik edirdi. Komanda məhz serbiyalı mütəxəssisin rəhbərliyi altında La Liqaya yüksəlmişdi. “Real Ovyedo” Paunoviçin dövründə 22 oyun keçirib, bu görüşlərdə 11 qələbə, 4 heç-heçə və 7 məğlubiyyət görüb.

Paunoviç daha öncə Serbiyanın U-18, U-19, U-20 yığmalarına, “Çikaqo Fayr”, “Ridinq”, “Quadalaxara”, “Tiqres UANL” kimi komandalara da rəhbərlik edib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
15
19
arena.az

10Mənbələr