AZ

Britaniya səfiri bugünkü oyunda “Çelsi”ni yox, “Qarabağ”ı dəstəkləyəcək

style='margin-bottom:10px;'>

Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının 4-cü turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) görüşündə Ağdam təmsilçisini dəstəkləyəcək.

QOL.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki paylaşım edib. Ferqus Auld yazıb: 

"Bu axşam "Qarabağ" FK "Çelsi" ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və "Qırmızı Şeytan" ("Mançester Yunayted" azarkeşi - red.) kimi bu axşam ev sahibi komandanı dəstəkləyəcəyəm".

Qeyd edək ki, sözügedən matç bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Seçilən
45
11
teleqraf.com

6Mənbələr