AZ

ABŞ-da hökumət böhranı dərinləşir - Trampdan Demokratlara xəbərdarlıq... 42 milyon insan ac qalacaq...


ABŞ-da hökumətin bağlanması böhranı getdikcə daja da böyüyür. Prezident Tramp hökumət yenidən açılmadığı təqdirdə 42 milyon aztəminatlı insana ərzaq yardımı göstərən SNAP müavinətlərinin dayandırılacağını açıqlayıb.

Hökumətin 35 gün bağlı qalmasına görə, Demokratları günahlandıran Prezident Tramp, ölkədəki milyonlarla aztəminatlı insana fayda verən Əlavə Qidalanma Yardımı Proqramının, hökumət yenidən açılmadığı təqdirdə fəaliyyət göstərə bilməyəcəyini bildirib: "Saxtakar Baydenin fəlakətlə nəticələnən dövründə milyardlarla dollar artan SNAP müavinətləri radikal sol Demokratlar hökuməti yenidən açdıqda sonra veriləcək, bunu asanlıqla edə bilərlər".

Tramp iddia edib ki, SNAP müavinətləri keçmiş prezident Baydenin administrasiyası dövründə ehtiyacı olanlara deyil, ehtiyacı olmayan təsadüfi insanlar arasında dağıdılıb.

Qeyd edək ki, ABŞ-da təxminən 42 milyon insanın SNAP müavinətləri aldığı bildirilir. Bundan əvvəl ABŞ Senatındakı Respublikaçılar Demokratların təklif etdiyi SNAP proqramlarını tam maliyyələşdirəcək qanun layihəsini rədd ediblər.

ABŞ hökumətinin bağlanması aviasiya sənayesinə də zərbə vurub. ABŞ-ın hava məkanı hava limanı dispetçerlərinin işə çıxmaması səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşib. Hökumətin 34 günlük bağlanması səbəbindən hava nəqliyyatı dispetçerləri maaşsız işləyirlər. Bildirilir ki, böhran sərnişinlərin təhlükəsizliyinə və hava səyahətinə ciddi təsir göstərir.

Hükümetin 34 gündür kapalı olması nedeniyle hava trafik kontrolörleri maaş alamadan çalışıyor. Uzayan kriz, yolcu güvenliğini ve hava taşımacılığını ciddi biçimde etkiliyor.

ABŞ Nəqliyyat Naziri Şon P.Daffi bildirib ki, əgər hökumət daha bir həftə bağlı qalsa, ölkədə böyük xaos baş verəcək: “ABŞ hava məkanının bəzi hissələrini bağlamalı ola bilərik. Çünki kifayət qədər hava nəqliyyatı dispetçerimiz olmadığı üçün nəqliyyatı idarə edə bilmirik".

O əlavə edib ki, uçuşlar təhlükəli hesab edilsə, hava məkanı bağlanacaq: “Hələlik o nöqtədə deyilik, amma sistemdə daha çox risq var".

ABŞ Səyahət Assosiasiyasının vitse-prezidenti Erik Hansen isə hava nəqliyyatında təhlükəsizliyin deyil, proqnozlaşdırmanın itirildiyini bildirib. "Sistem təhlükəsizliyi heç vaxt təhlükəyə atılmaz, lakin amerikalıların istədikləri yerə vaxtında çatmaq qabiliyyəti təhlükə altındadır", - deyə o bildirib.

TAHİR

Seçilən
129
11
baki-xeber.com

10Mənbələr