Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindənölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqiistiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində109.164 ədəd belə yeni nəsil nəzarət-kassa aparatıquraşdırılıb.
Trend bu barədəİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffafaparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasınavə dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2025-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-larvasitəsilə qeydə alınan dövriyyə 22 milyard 566,8 milyon manat olubki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 milyardmanat, yaxud 12,7 faiz çoxdur.